• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bugünkü hərracda 9 əmlak üzrə 14 sifariş qəbul edilib

Bugünkü hərracda 9 əmlak üzrə 14 sifariş qəbul edilib

Oktyabrın 16-da Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirmədə əlverişli fürsətlər yaradan hərrac keçirilib.

Komitədən bildiriblər ki, iştirakçılar tərəfindən 9 əmlak üzrə 14 sifariş verilib. Vətəndaşlardan biri isə hərrac üzrə elektron xidmətdən - onlayn sifariş prosedurundan istifadə edib.

Müxtəlif sahələr üzrə xidmət fəaliyyətində əlverişli obyekt kimi istifadəyə imkan verəcək qeyri-yaşayış sahələri Bakı və Gəncə şəhərlərindədir. Paytaxt üzrə özəlləşdirilən dövlət əmlaklarının 3-ü Nəsimi, 2-si Nizami, digəri isə Suraxanı rayonunda yerləşir. Gəncədə özəlləşdirilən qeyri-yaşayış sahəsi Nizami rayonu, Atatürk prospektindəki 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsini əhatə edir. Ümumi faydalı sahəsi 158,3 kvadratmetr olan bu obyektin hərracında iştirakçı son qiymət olaraq 12 min 750 manat təklif edib.

Paytaxt üzrə özəlləşən dövlət əmlaklarından biri də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsində yerləşir. Bu obyektin ümumi faydalı sahəsi 39 kvadratmetr, hərracdakı satış qiyməti isə 6 min manat müəyyən olunub.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinə gəldikdə isə bu dövlət əmlaklarının buraxılış tarixləri 2006-cı ildir. Hər ikisi BMW markasına aid olan bu avtomobillərin hərracdakı satış qiymətləri 10 min 750 manat və 14 min manat olub.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

16 Oktyabr 2018 18:04 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin