• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İcazəsiz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir

İcazəsiz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədilə mütəmadi reydlər keçirilir.

2018-ci ilin 9 ayı ərzində keçirilən reydlər zamanı icazəsiz ov edən 90 yerli, 15  əcnəbi vətəndaş saxlanılaraq onlardan 93 ov tüfəngi, müxtəlif ov alətləri, ovlanmış quş və heyvan götürülüb.

Brakonyerlər barəsində protokollar tərtib olunaraq 99 nəfərə 117698 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib. 6 brakonyerin  şəxsiyyətinin müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına məktub göndərilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,  reydlər davam etdirilir.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”
 

16 Oktyabr 2018 17:53 - EKOLOGİYA
EKOLOGİYA

Ən son xəbərləri səhifəmizdən də izləyin