Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağsu Suvarma Sistemləri İdarəsi Qabyon bəndi üçün çay bus daşlarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmaları­nın vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin yerinə yetirilmə müddəti 2020-ci il dekabrın 31-nə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs- Şahməmməd Abdullayev.

Ünvan- Ağsu şəhəri, Mehdi Hüseyn küçəsi 1.

E-mail: [email protected]

Telefon- (020) 22 6 53 68..

Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 50 (əlli) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat - Ağsu Suvarma Sistemləri İdarəsi.

Ünvan-Ağsu şəhəri, M.Hüseyn küçəsi 1.

Bank rekvizitləri -

VÖEN-3500028611

H/h- AZ46CTRE00000000000002352901

Dövlət Xəzinədarlığı Agentliyi

KOD-210005

VÖEN-1401555071

M/h-AZ41NABZ01360100000000003944

CTREAZ22

Malgöndərənlər (podratçılar) iddiaçı sta­tusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);

- malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

- malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda əldə edilmişdir);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;

- Vergilər Nazirliyi tərəfindən həmin iddia­çıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış;

- Dövlət Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;

- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 10 noyabr 2020-ci il saat 16.00-a kimi tender komissi­yasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 18 noyabr 2020-ci il saat 16.00- a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifi zərfləri 19 noyabr 2020- ci il saat 16.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

21 Oktyabr 2020 01:43 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
5 Dekabr 2020 | 00:22
B İ L D İ R İ Ş
3 Dekabr 2020 | 00:20
B i l d i r i ş

Köhnə versiyamızdan xəbərləri izlə