Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağcabədi Rayon Kommunal Xidməti və Mənzil İstismarı İdarəsi yaşayış binalarının əsaslı təmiri işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.

Lot- 1. Yaşayış binalarının əsaslı təmiri işlərinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalma­larının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağı­dakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin yerinə yetirilmə müddəti 2020-ci il dekabrın 31-nə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır.

Əlaqələndirici şəxs- Qasımov Rizvan Pənah oğlu.

Ünvan- Ağcabədi şəhəri, Vaqif küçəsi 2 A .

E-mail: [email protected]

Telefon- 02127 5 53 11.

Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 100 (bir yüz) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri

VÖEN- 3400206621

H/h- AZ95AI­IB33010019445300212153

“Kapital bank”ın Ağcabədi filialı

Kod- 200532

VÖEN-9900003611

Mh- AZ37NABZ01350100000000001944

SWIFT BIK: AIIBAZ2XXXX

Malgöndərənlər (podratçılar) iddi­açı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olun­muş qaydada elektron formada təqdim etməlidirlər:

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 (otuz) bank günü çox olmalıdır) ;

-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər.

Bu sənədlərə aşağıdakılar daxildir:

-vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

-iddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-maliyyə vəziyyəti haqqında bank arayışı;

-son bir il ərzində(fəaliyyətini dayan­dırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikası­nın Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi halları­nın mövcud olmaması barədə arayış;

-iddiaçının nizamnaməsi, dövlət reyestrindən çıxarış (qeydiyyatdan keçdi­yi ölkə) və rekvizitləri;

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 2 noyabr 2020-ci il saat 17.00-a kimi tender komissiyasına dövlət satınalma­larının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz ten­der təkliflərini 12 noyabr 2020-ci il saat 17.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunma­yacaqdır.

Tender təklifi zərfləri 13 noyabr 2020-ci il saat 17.00-da elektron portal vasitəsilə açılacaqdır.

21 Oktyabr 2020 01:42 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
5 Dekabr 2020 | 00:22
B İ L D İ R İ Ş
3 Dekabr 2020 | 00:20
B i l d i r i ş

Köhnə versiyamızdan xəbərləri izlə