Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ teatrları Qələbədən sonra doğma yurdlarda fəaliyyətlərini bərpa edəcəklər

“Ermənilər bizim Şuşadakı binanın yerində park salıblar. İşğaldan azad olunandan sonra hamılıqla birləşib orada bir bina tikib, fəaliyyətimizi davam etdirərik.

Qarabağ Azərbaycanın mədəniyyət ocağı olub. Təəssüf ki, Qarabağın ermənilər tərəfindən işğal edilməsi nəticəsində mədəniyyət ocaq­larımız məhv edildi. İşğaldan sonra teatrların müxtəlif yerlərdə fəaliyyəti davam edib”. Bu sözləri Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov təəssüratlarını bizimlə bölüşərkən bildirdi. Dedi ki, oğ­lumu hərbi xidmətə yola salanda ürəyim dağa döndü. Hər kəs oğlunu fərəhlə, alqışlarla yola salırdı. Üç oğlum var, artıq birini müharibəyə yola salmışam. Allah qoysa, tezliklə torpaqlarımız işğaldan azad olunar.

Nəhayət ki, haqq-ədalət öz yerini tapır. Yəqin, elə birin­ci mədəniyyət mərkəzlərini açarlar. Biz də gedərik doğma el-obamıza, teatrımızı inkişaf etdirərik.

Yadigar müəllim əlavə etdi ki, rəhbərlik etdiyi teatr ordumuza dəstək verməyə hazırdır, hətta bununla bağlı Prezidentə müraciət də ediblər. Kollektivimizdən hər kəs getmək istəyir cəbhəyə. Biz həm fiziki, həm də mənəvi baxım­dan onlara kömək etməyə hazırıq. Musiqili teatrıq, konsert proqramı ilə hərbi hissələrə getmək lazım­dırsa, gedəcəyik.

Bizimlə söhbətində Füzuli Dövlət Dram Teatrının mətbuat katibi bildirdi ki, 1989-cu ildə yenidən fəaliyyətə başlayan Füzu­li Dövlət Dram Teatrı rayonun iş­ğal edilməsindən sonra bir müddət Bakıda fəaliyyət göstərib: “2004- cü ildən isə teatr doğma torpağına qayıdaraq Horadizdə fəaliyyətini bərpa edib. İndi artıq Füzuli şəhəri işğaldan azad olunub. Yəqin ki, teatrımız da tezliklə öz doğma ünvanına qayıdacaq”.

Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynov da bildirdi ki, doğma şəhərimizin işğaldan azad olunacağı günü səbrsizliklə gözləyirik.

Teatrın baş rejissoru Novruz Cəfərov da danışdı. Dedi ki, Biz vətənsiz qala bilmirik. Tezliklə Ağdama qayıdacağıq. Çox az qalıb, Ağdamda tamaşalar quraq. Bizim aktyorlarımız Ağdamın Baharlı, Quzanlı qəsəbələrində və Bərdədə yaşayırlar. İnşallah, torpaqlar azad olunar, hamı­mız Ağdama yığışıb fəaliyyət göstərərik.

Hazırladı: M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

21 Oktyabr 2020 01:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə