Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yoxa çıxan sualtı gəmi Türkiyə sahillərində tapılıb

Türkiyə Ekologiya nazirinin müavini Mehmet Emin Birpınar Sakarya sahillərində çəkilən “U 20” sualtı gəmisinin görüntüsünü paylaşıb. Bu barədə Türkiyə KİV–i məlumat yayıb.

E. Birpınar sualtı gəminin təmizlənərək turistlər üçün təqdim ediləcəyini bildirib.

“U 20” Hitlerin itən sualtı gəmilərindən biridir. İkinci Dünya müharibəsinin şahidlərindən biridir. Bu tarixi qorumalı və dalğıc turizminə təqdim etməliyik”, - deyə dövlət rəsmisi bildirib.

İkinci Dünya müharibəsində Hitlerin ko­mandanlığı altındakı Alma­niya ordusu Qara dənizdə SSRİ-yə qarşı üstünlük qazanmaq üçün bir donanma yaratmaq qərarı verdi. Amma sualtı gəmilərin Qara dənizə çatdırılması asan deyildi. Hissə-hissə parçalanan su­altı gəmi Elba çayı vasitəsilə cənuba gətirildi. Daha sonra xüsusi dizayn edilmiş yük maşınları ilə Tunadan Kons­tantaya gətirilərək, burada yığılaraq dənizə buraxıldı.

Hitlerin 6 sualtı gəmisi Sovet İttifaqının çox say­da gəmisini batırdı. Ancaq SSRİ ordusu Konstanta­nı ələ keçirdikdən sonra Hitlerin sualtı gəmilərindən biri yoxa çıxdı. Qalan 3 sualtı gəmi isə Almaniyanın məğlubiyyətindən sonra öz heyətləri tərəfindən batırıldı. Bunlardan biri hazırda Sakar­ya sahillərindədir.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

21 Oktyabr 2020 01:37 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:25
Rusiyada yeni antirekord
2 Dekabr 2020 | 04:24
Ekzotik ekootel
2 Dekabr 2020 | 04:24
Bir trilyon dollar sərmayə

Köhnə versiyamızdan xəbərləri izlə