Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avstriya “qırmızı zona” elan edilib

“Euronews” agentliyinin yaydığı məlumata görə, Avropa İttifaqının (Aİ) Səhiyyə Agentliyi (ECDC) tərəfindən bütün Avstriyada “qırmızı zona” elan olunub.

Qeyd edək ki, ECDC tərəfindən idarə edilən “koronavirus işıqforu”nda Avstriya tamamilə “qırmızı zona“ olaraq əks olunub.

Bildirilir ki, agentliyin təqdim etdiyi xəritə həm Aİ vətəndaşlarını infeksiya ilə bağlı Avropadakı vəziyyət barədə internet vasitəsilə məlumatlandırmağa, həm də üzv ölkələrin səyahət məhdudiyyətləri ilə bağlı koordinasiya etməsinə xidmət etməlidir. Xəritədə Norveç, Yunanıstan və Finlandiyanın bəzi regionları, eləcə də cənubi İtaliya xəritədə yaşıl rəngdə əks olunub. Digər Aİ ölkələri isə artıq sarı, narıncı və əksəriyyət isə qırmızı rəngdədir.

Agentlikdən bildirilib ki, bu xəritə yalnız tövsiyə xarakteri daşıyır və Aİ Şurasının qərarına əsasən, yaşıl rəngdə göstərilən regionlara səyahət məhdudiyyəti tətbiq edilə bilməz. Xəritədə ölkələrin hansı rəngdə əks olunması isə son 14 gün ərzində 100 min sakin üzrə yeni yoluxma hallarının sayı əsasında müəyyən edilir. Hər həftənin cümə axşamı Aİ-yə üzv ölkələrin məlumatları əsasında xəritədəki məlumatlar yenilənəcək.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

21 Oktyabr 2020 01:36 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Dekabr 2020 | 00:11
Terror davam edir
1 Dekabr 2020 | 00:11
Melaniya Tramp memuar yazacaq

Köhnə versiyamızdan xəbərləri izlə