Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropada yoluxma artır

Avropada COVID-19 virusuna yoluxma gündən-günə artır. İtaliyanın Lombardia əyalətində hakimiyyət orqanları komendant saatının tətbiqi üçün İtaliyanın Baş nazirinə müraciət ediblər. Bu əyalət İtaliyada COVID-19 virusunun epimərkəzi sayılır. Bundan əlavə, İtaliyanın bütün əyalətlərində koronavirusa yoluxma hər gün artır. Hakimiyyət orqanları həyəcan təbili çalırlar.

İrlandiyada isə düz 6 həftədir ki, sərt karantin rejimi hökm sürür. Qeyri ərzaq ma­ğazaları bağlanıb. İnsanlara yalnız evdən 5 kilometr aralı getməyə icazə verilib.

İsveçdə isə karantin rejimi sərtləşdirilməyib. Lakin vətəndaşlara tapşırılıb ki, ictimai nəqliyyatdan az istifadə etsinlər. Mağazalara az girsinlər. Mümkün qədər evdən çıxmasınlar.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 40 milyonu keçib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

21 Oktyabr 2020 01:34 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Dekabr 2020 | 00:11
Terror davam edir
1 Dekabr 2020 | 00:11
Melaniya Tramp memuar yazacaq

Köhnə versiyamızdan xəbərləri izlə