Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Qarabağla bağlı beynəlxalq hüquqa əsaslanan mövqeyini qətiyyətlə müdafiə edəcək

Ermənistan tərəfi yanaşmalarında destruktivlik nümayiş etdirdiyindən Azərbaycan və Ermənistan liderləri arasında görüş barədə danışmaq hələ tezdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xarici İşlər naziri Ceyhun Bayramovun Moskvaya səfərinin nəticələri ilə bağlı TASS agentliyinə müsahibəsində bildirib.

Səfir deyib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, belə bir dəvət olmayıb. “Məncə, vəziyyət hələ yetişməyib”, - deyə diplomat C.Bayramovun səfəri zamanı belə görüşün müzakirə olunub-olunmaması ilə bağlı suala cavabında qeyd edib. O əlavə edib ki, qarşı tərəf yanaşmalarda destruktivlik nümayiş etdirməyə davam edir və buna görə də bu barədə danışmaq hələ tezdir. Belə bir təşəbbüs göstərilərsə, təbii ki, lazımi qaydada nəzərdən keçiriləcək və bu barədə, əlbəttə ki, ictimaiyyətə məlumat veriləcək.

Səfir vurğulayıb ki, Azərbaycan Qarabağla bağlı beynəlxalq hüquqa əsaslanan mövqeyini qətiyyətlə müdafiə edəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

21 Oktyabr 2020 23:48 -

Köhnə versiyamızdan xəbərləri izlə