Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İbrahim Kalın: Cənubi Qafqaza sülh və sabitlik ancaq Qarabağın işğaldan azad olunması ilə gələcək

Paşinyanın “Qarabağ məsələsinin diplomatik həlli yoxdur” açıqlaması Ermənistanın əsl niyyətini ortaya qoymaqdadır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın “Twitter” hesabında yazıb.

İ.Kalın fikirlərinə belə davam edir: “Kimin müharibə istədiyi bəllidir. Bu hal Türkiyənin və Azərbaycanın haqlı olduğunu təsdiq edir. Cənubi Qafqaza sülh və sabitlik ancaq Qarabağın işğaldan azad olunması ilə gələcək”.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

21 Oktyabr 2020 21:35 -

Köhnə versiyamızdan xəbərləri izlə