Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paşinyan Qarabağla bağlı sülh yolunu seçmədiyini bir daha təsdiqlədi

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi ilə bağlı yeni açıqlamalar verib.

“Facebook” vasitəsilə xalqa canlı müraciət edən işğalçı ölkənin sərsəm rəhbəri münaqişənin danışıqlar yolu ilə həlli variantlarının tükəndiyini açıqlayıb: “Hazırkı mərhələdə Qarabağ münaqişəsinin diplomatik yolla həlli barədə danışmaq mənasızdır. Məsələnin diplomatik yolla həlli üçün bəslənən ümidlər, səslənən fikirlər və s. artıq bitmiş hesab etmək olar. Ya qələbə, ya da məğlubiyyət – orta yol yoxdur”.

Paşinyan sona qədər mübarizə aparmalı olduqlarını deyib. O həmçinin, Rusiyaya strateji tərəfdaş kimi verdiyi dəstəyə görə öz minnətdarlığını da ifadə edib.

R.TAHİR,
“Xalq qəzeti”

21 Oktyabr 2020 17:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə