Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qətərin “Əl-Raya” qəzetində Ermənistanın Gəncəyə raket hücumundan bəhs edən məqalə dərc olunub

Qətərin ərəb dilində nəşr olunan “Əl-Raya” qəzeti Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı məqalə yayıb.

Ölkəmizin Qətərdəki səfirliyindən bildiriblər ki, məqalədə Ermənistan ordusunun oktyabrın 17-də gecə Gəncə şəhərini raket hücumuna məruz qoyduğu qeyd olunub. Bildirilib ki, hücum nəticəsində Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə iki yaşayış binası dağılıb, 13 nəfər həlak olub, 50-dən çox dinc sakin yaralanıb. Bundan əlavə, ətrafdakı çox sayda bina, mülki infrastruktur obyekti, nəqliyyat vasitəsi zərər görüb.

21 Oktyabr 2020 17:11 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə