Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Ali Neft Məktəbinin tələbələri təqaüdlərini Silahlı Qüvvələrə Yardım Fonduna köçürdü

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna mənəvi dəstək məqsədi ilə təqaüdlərini Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüblər. Belə ki, Ali Məktəbin İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi Eyyub İsmayıl, Neft-qaz mühəndisliyi ixtisasının tələbələri Gülüstan Kərimova və Rəhimə Abbasova, magistratura səviyyəsi üzrə Texniki sistemlərdə informasiya və idarəetmə ixtisasının tələbəsi Pakizə Paşayeva bu ay 1 aylıq təqaüdlərini Fonda bağışlayıblar.

Məlumat üçün bildirək ki, hazırda Bakı Ali Neft Məktəbinin  tələbələri və məzunları informasiya savaşının fəal iştirakçıları qismində çıxış edirlər.

Onlar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün sosial şəbəkə platformalarından istifadə etməklə kiber fəzada olduqca fəallıq nümayiş etdirirlər.

Ali Məktəbin İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri bu kontekstdə fəaliyyəti olduqca səmərəlidir. 

Səadət RZAYEVA,
"Xalq qazeti"

21 Oktyabr 2020 16:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Dekabr 2020 | 14:19
Laçınım mənim...
1 Dekabr 2020 | 11:45
“Laçına ithaf”
1 Dekabr 2020 | 00:12
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə