Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ermənistan bölgənin xərçəng hüceyrəsidir”

Türkiyənin yüksək tirajla yayılan nəşrlərindən olan “Sabah” qəzeti Dünya Azərbaycanlıları Konqresinin sədri Asif Kurbanla müsahibəsini bu başlıqla təqdim etmişdir.

Qəzetin əməkdaşı Arslan Sırrıbərkə verdiyi müsahibəsində Asif Kurban bildirib ki, Ermənistanın oktyabrın 17-də gecə saatlarında öz ərazisindən fəal hərbi zonadan, təxminən, 100 kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinə – tarixi Gəncəyə yenidən raket zərbəsi endirməsi nəticəsində 5-i uşaq olmaqla, 15 mülki şəxs həlak olub, 57 nəfərdən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu vandallıqdır, – deyən Asif Kurban Azərbaycanın mülki əhalisinə qarşı törədilən terror aktlarını cinayət adlandırıb.

Daha sonra DAK sədri vurğulayıb  ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusundan fərqli olaraq mülki əhaliyə deyil, döyüş meydanında düşmənin hərbi hədəflərinə ciddi zərbələr endirdməkdədir: “Azərbaycan Ordusunun torpaqların azadlığı uğrunda mübarizəsi haqq işidir.  Xalqımız daha 30 il də gözləmək istəmir. Azərbaycan mübarizəsini sonadək davam etdirəcəkdir”.

 Asif Kurban qeyd etmişdir ki, atəşkəsdən sonrakı  gündə Tərtərə 300, digər cəbhəboyu bölgələrə 2 mindən artıq mərmi atıldı: “Ermənistan Moskvada əldə olunan humanitar atəşkəs razılaşmasını kobud şəkildə pozaraq hər gün mülki əhalini hədəfə almaqda davam edir. Naxcıvana belə raket atdıldı. Məqsəd  Bakını da onlar kimi cinyətkar hərəkətə sövq etmək, bununla da  Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər üzvlərini, başlıcası isə  Rusiyanı müharibəyə qoşmaqdır.

Bölgəni müharibə meydanına çevirmək Ermənistanın ən böyük niyyətidir. Amma bu alınmayacaq, müzəffər Azərbaycan Ordusu  işğalda olan torpaqları da azad edəcək. Azərbaycanın Müstəqilliyi günündə  – 18 oktyabrda dərc ediən müsahibənin sonunda Dünya Azərbaycanlıları Konqresinin sədri Asif Kurban Azərbaycan xalqına təbrik mesajları da göndərib.

Müsahibənin tam mətni ilə: https://www.sabah.com.tr/dunya/2020/10/18/ermenistan-bolgenin-kanser-hucresi-gibi lingində tanış olmaq mümkündür.

N.QƏDİMOĞLU,
“Xalq qəzeti”

21 Oktyabr 2020 16:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə