Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Polkovnik Cəlil Xəlilov: Azərbaycan Ordusu işğalçı Ermənistanla pozulmuş dövlət sərhədlərimizi də tezliklə bərpa edəcək

“Azərbaycan – İran sərhəddinin tam bərpa edilməsi düşmənə növbəti mesajdır”. Bunu qəzetimizə  açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirdi. Hərbçi veteranın sözlərinə görə, ordumuzun uğurlu əks-hücumları göstərir ki, düşmənin digər torpaqlarımızından qovulacağı günə çox qalmayıb:

– Azərbaycan Ordusunun uğurlu həmlələri yeni-yeni kənd  və şəhərlərimizin işğaldan azad edilməsi ilə müşaiyyət edilməkdədir. Son günlərdə tarixin yenilməz yadigarı, Azərbaycanın bütövlük nişanəsi Xudafərin körpüsü üzərində ucaldılan üçrəngli bayraq, Azərbaycan--İran sərhəddinin tam bərpa edilməsi düşmənə növbəti mesajdır.

Oktyabın 20-də Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının 24 kəndinin və Zəngilan şəhərinin işğaldan azad edilməsi ordumuzun öz missiyasını hünər və şərəflə yerinə yetirdiyini göstərir. 25 gün ərzində işğalçıya qarşı aparılan hərbi mübarizədə çox böyük nəticələr əldə edilib

Bütün bunları xalqımıza müjdələyən ali Baş Komandan İlham Əliyev televiziya ilə son müraciətində də xalqımızı bir daha əmin etdi ki, özgə torpaqlarına yiyələnməyin mümkünlüyü kimi xülyadan sərsəmləmiş, insanlıq simasını itirmiş işğalçının digər torpaqlarımızdan qovulacağı gün uzaqda deyil. Düşməni müzəffər ordumuzun zərbələri altında işğal altında saxladığı digər torpaqları da tərk etməyə, qəti məğlubiyyətlə barışmağa məcbur edəcəyik.

Bu gün Azərbaycanİran sərhəddinin bərpa edilən hissəsində sərhədçilərimiz xidmət aparmaqda, sərhəd təhlükəsizliyimizi təmin etməkdədir. Hazırda qarşıda dayana əsas vəzifə Azərbaycan--Ermənistan sərhəddini də bərpa etmək, ərazi bütövlüyümüzü təmin etməkdir. Azərbaycan Ordusu işğalçı Ermənistanla pozulmuş dövlət sərhədlərimizi də bərpa edəcək.

Polkovnik Cəlil Xəlilov hər bir azərbaycanlının işğalçı dövlət üzərində Qələbəyə əminliyini ifadə edərək dedi: “Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri müstəqil dövlətimizin ərazi dütövlüyünün bərpa edilməsi kimi tarixi vəzifəni uğurla başa çatdıracaq, xalqımızın qəhrəmanlıq tarixində yeni bir səhifə açacaq”.

Hazırladı:
R.TAHİR,
“Xalq qəzeti”

21 Oktyabr 2020 15:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə