Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukrayna telekanalında Ermənistanın işğalçılıq siyasətindən bəhs olunan reportaj yayımlanıb

Ukraynanın ATR telekanalında Zəngilan şəhəri də daxil olmaqla, Azərbaycanın 24 yaşayış məntəqəsinin işğaldan azad olunması ilə bağlı reportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, reportajda Prezident İlham Əliyevin bununla bağlı xalqa müraciəti, Zəngilan şəhərində Azərbaycan bayrağının ucaldılması prosesi və ölkəmizin Ukraynadakı səfiri Elmira Axundovanın müsahibəsi yer alıb.

Zəngilan şəhərinin azad olunmasının Azərbaycanın böyük qələbəsi olduğunu bildirən səfir deyib: “Azərbaycan Ordusu öz torpaqlarının azad olunması uğrunda döyüşür. Bütün təzyiqlərə baxmayaraq, Azərbaycan öz ərazilərini işğalçılardan azad edəcək. Beynəlxalq təşkilatlar 30 ildir Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana təzyiq etməli idi ki, ölkəmizin ərazi bütövlüyü təmin olunsun. Ermənistan işğalçılıq siyasətinə görə bütün qlobal iqtisadi layihələrindən kənarda qalıb”.

Diplomat Ermənistanın Gəncə, Tərtər, Mingəçevir şəhərlərini raket və artilleriya atəşinə tutduğunu xatırladaraq, bunun müharibə cinayəti olduğunu deyib.

Elmira Axundova Azərbaycanın haqlı mübarizəsinə göstərdiyi dəstəyə görə Ukrayna dövlətinə təşəkkürünü bildirib.

21 Oktyabr 2020 12:40 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə