Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nizami rayonunda “Bayraq aksiyası”

Bakının Nizami rayonu Gənclər və İdman İdarəsi tərəfindən xalqın vətənpərvərlik ruhunun yüksək tutulmasına xidmət edən “Bayraq aksiyası” çərçivəsində rayonda yerləşən bir neçə bina Azərbaycanın və   dost ölkələrinbayrağına  bürünüb.

Milli Ordumuza dəstək və həmrəylik nümayiş etdirmək məqsədilə rayonun ərazisindəki  bir sıra  hündürmərtəbəli binalar Azərbaycanın və müharibə vəziyyətində bizə mənəvi dəstək olan qardaş Türkiyənin və Pakistanın dövlət bayraqlarına sarılıb. Bu binalarda dalğalanan bayraqlar xalqımızın həmrəylik rəmzi olmaqla bərabər, həm də Türkiyə və Pakistan dövlətlərinə dərin təşəkkür hissinin təcəssümüdür.

Rayonunun gənclər və idman idarəsi hər kəsi  bu aksiyaya  qoşulmağa dəvət edir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

21 Oktyabr 2020 11:56 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə