Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Macarıstan Azərbaycana qarşı hər cür təcavüzü qınayır

Macarıstan Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini dəstəkləməkdə davam edir və hər cür təcavüzü qınayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bunu Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyyarto komissiyanın Azərbaycan tərəfindən həmsədri, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə ünvanladığı məktubda qeyd edib.

Məktubda bildirilir ki, Macarıstan münaqişənin deeskalasiyasına və ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həllinə çağırır.

Peter Siyyarto ikitərəfli iqtisadi və ticarət əməkdaşlığının gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün tezliklə görüşlərin keçiriləcəyinə də ümidvar olduğunu yazır.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

21 Oktyabr 2020 11:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə