Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tokayev Qazaxıstan parlamentinə seçkilər təyin etdi

Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev parlamentə seçkilərin tarixini təyin edib. Bu barədə “Akorda” saytında məlumat yayılıb.

Bununla bağlı sərəncamda deyilir: “Partiya siyahıları ilə növbəti parlament seçkiləri 2021-ci il 10 yanvar tarixinə, Qazaxıstan Xalq Assambleyası tərəfindən seçilən deputatların seçkiləri 2021-ci il 11 yanvar tarixinə təyin edilsin”.

Həmçinin Mərkəzi Seçki Komissiyasına növbəti deputat seçkilərinin hazırlanmasını və keçirilməsini təşkil etmək tapşırılıb.

Hökumətə Nur-Sultan, Almatı, Çimkent və bölgələrin icra hakimlərinə növbəti seçkilərin təşkilati, maddi, texniki və maliyyə dəstəyi üçün lazımi tədbirlərin görülməsi həvalə edilib.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

21 Oktyabr 2020 11:29 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:25
Rusiyada yeni antirekord
2 Dekabr 2020 | 04:24
Ekzotik ekootel
2 Dekabr 2020 | 04:24
Bir trilyon dollar sərmayə

Köhnə versiyamızdan xəbərləri izlə