Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türk jurnalist: Qoy oğlum Gəncədəki erməni vandallığını heç vaxt unutmasın

Ötən həftə Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə atılan raket insanlıq cinayəti, terror aktı kimio dütün dünyanı sarsıtdı. Nəticədə şəhərdə dağıntılarbaş verdi, mülki vətəndaşlar həlak oldu. Həmin gecə müxəlif ölkələrdən gəlib çəkilişlər aparan jurnalistlər, bu qəddarlığı bütün dünyaya xəbər verdi. 

Orada olanlardan biri də Türkiyə mediasından “Ulusal Kanal” müxbiri Hüseyn Atam idi. O, çəkiliş apararkən dağıntılar arasında qalmış sınıq bir maşın oyuncağına rast gəlib və bunu övladına çatdıraraq, oğlunun Azərbaycanın qardaş xalqına qarşı törədilən vəhşiliyi unutmamasını istəyib: “Gəncədə komandamız ilə çəkiliş aparıb dağılan evləri gəzərkən gözümə bir oyuncaq maşın dəydi. Hər yeri qırıq-qırıq olmuş oyuncağı özümlə apardım. Niyə, çünki məndən oyuncaq istəmiş oğlumun düşmənini tanımasını, o qırıq maşının ağlında qalmasını istədim. Oyuncağı oğluma göstərəndə, bunu kimin qırdığını soruşdu. “Bu sənin Azərbaycandaki dostunun maşını idi. Düşmən qırdı onu. Sən böyüyüb, onların qisasını alacaqsan” dedim. İndi otağında saxlayır”.

Hüseyn Atam Gəncədə baş verən hadisələrlə bağlı təəssüratları da söyləyib: “Hadisəni eşitdiyimiz an Gəncəyə yollandıq. Bu şəhəri daha əvvəl də ziyarət etmişəm. Qədim bir mədəniyyət ocağıdır. Azərbaycan tarixində ilk rəsmi paytaxt olduğu üçün xüsusi əhəmiyyətə  malikdir. Ermənilərin hadisəni törətməkdə məqsədi, xalqda qorxu və panika yaratmaq idi. Bizim də ora getməmizdə iki əsas səbəb var idi: erməni vandalizminin sivil insanları hədəf aldığını dünyaya göstərmək və Gəncə, Azərbaycan xalqına Türkiyədən dəstək verdiyimizi bildirmək. O gecə insanların üzündə düşmənə qarşı hirs gördüm. Yaşlı bir qadının dedikləri yadımdan çıxmır. O deyirdi ki, “ey alçaq erməni, bizim igidlərimiz sizinlə savaşır. Sən mülki əhalidən, günahsız uşaqlardan nə istəyirsən, gücün varsa şanlı ordumuzla savaş!”. Çox haqlı idi. Ermənilər şanlı Azərbaycan ordusu ilə döyüşəcək gücə malik deyil.

R.TAHİR,
“Xalq qəzeti”

21 Oktyabr 2020 11:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə