Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb

Cəbrayıl istiqamətində gedən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müqavilə əsasında xidmət edən təqribən 400 hərbi qulluqçudan ibarət taborun şəxsi heyətinin əksəriyyəti sıradan çıxarılıb. Hərbi hissə yenidən komplektləşdirilməsi üçün Ermənistanın Ararat şəhərinə qayıdıb.

Məlum olub ki, alay komandiri qalan şəxsi heyəti yenidən döyüşə göndərməkdən imtina etdiyinə görə tutduğu vəzifədən azad edilib. Hərbi qulluqçuların çoxu döyüşə getməkdən imtina etdikləri üçün cinayət məsuliyyətinə cəlb olunub.

21 Oktyabr 2020 10:58 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə