Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aqrar universitetin rektoru həmkarlarına Gəncə terrorundan danışır...

Oktyabrın 4-dən, Gəncə şəhərinə Ermənistan ərazisindən ilk raket zərbəsindən sonra, Azərbaycan Dövlət Aqrar Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov keçmiş ittifaq respublikalarındakı aqrar ali məktəblərin rektorlarına, bir sıra xarici ölkələrdəki həmkarlarına məktublar yazır, zəng edir, fotolar, videolar göndərir. Professor ölkəmizin ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə dəhşətli raket atəşləri nəticəsində mülki insanların həlak olması, evlərin,obyektlərin dağıdılması, o cümlədən ADAU-nun Aqrotexnologiya fakültəsinin tədris binasın zərər dəyməsi barədə müxtəlif ölkələrin ali təhsil müəssisələrinin rəhbərlərini, əməkdaşlarını müntəzəm məlumatlandırır.

Şəhərin sayılıb-seçilən ziyalısının bu cür mövqe nümayiş etdirməsi, öz vətəndaşlıq borcunu ləyaqətlə həyata keçirməsi öz əks-sədasını vermişdir. Artıq Ukrayna Bila Tserkva Milli Aqrar Universiteti, Poltava Dövlət Aqrar Universiteti, Lvov Milli Aqrar Universiteti, Mərkəzi Milli Texniki Universiteti,  Milli Aqrar Elmlər Akademiyasının Əkinçilik İnstitutu, «Kiyev Mohyla Akademi» Milli Universiteti, «Ukrayna Ərzaq Vadisi» İctimai Birliyi, «Dobro-Kraft» Fermer Müəssisəsi,  Yavoriv Milli Təbiət Parkının əməkdaşları baş vermiş hadisələri ürəkağrısı ilə qarşıladıqlarını, dinc insanların öldürülməsinin bəşəriyyət üçün böyük cinayət olduğunu və bunun dünya ictimaiyyəti tərəfindən qınanılmasını, xalqımızla həmrəy olduqlarını, ölkəmizin suverenliyini və ərazi bütövlüyün dəstəklədiklərini bildiriblər.

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) sıx əməkdaşlıq etdiyi, Avropanın aparıcı ali təhsil müəssisələrindən biri olan Polşanın Varşava Təbiət Elmləri Universitetinin rektoru, professor Michal Zasada təhsil müəssisəsinin kollektivi adından ADAU-nun rektoru İbrahim Cəfərova məktub ünvanlayaraq baş verən hadisələrlə bağlı narahatlığını, Gəncə şəhərinin yaşayış massivlərinin, mülki obyektlərin Ermənistan tərəfindən raket atəşinə tutulmasını pislədiyini,  xalqımıza rəğbətini, həmrəyliyini, zəruri dəstək göstərməyə hazır olduğunu yazmışdır.

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

21 Oktyabr 2020 10:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə