Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan həbçisinin etirafı: Azərbaycan fövqəldövlətlərin arsenalında olan texnikadan istifadə edir

“Sputnik Ermənistan” bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan bu ölkənin ictimai televiziyana açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin yalnız kəmiyyət deyil, texniki baxımdan da üstün olduğunu söyləyib.

Onun sözlərinə görə, bəzi sahələrdə Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib: “On iki dəfə çox, başa düşürsünüzmü, bu nədir? Bu müharibə tarixində, demək olar, heç vaxt olmayan və ya çox nadir hallarda olan şeydir”.

Ovannisyan vurğulayıb ki, hazırda Qarabağda fövqəldövlətlərin arsenalında olan texnikadan istifadə olunur: “Bu, yeni PUA, yüksək dəqiqlik raketləri, raket-artilleriya kompleksi, REB sistemləridir. Biz beşinci nəslin müharibəsini görürük. Hər iki tərəfdən bütün mexanizmlər uyğun gəlmir, lakin Azərbaycanda yüksək texnologiyalar seqmentinə böyük diqqət yetirilib”.

R.TAHİR,
“Xalq qəzeti”

21 Oktyabr 2020 10:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə