Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz”

Təbii ki, müharibəni itkisiz təsəvvür etmək  qeyri- mümkündür. Amma münaqişə bölgəsindən kilomertlərlə uzaqda  yerləşən ərazilərdə  dinc əhalini qətlə yetirmək , yaşayış məntəqələrini və digər obyektləri dağıtmaq beynəlxalq hüquqda cinayət hesab olunur. İndi Ermənistan bu yola əl atıb. İndiyə qədər 60- dan çox mülki insanı qətlə yetirib, 250- dən artığı yaralanıb. Qətlə yetirilənlər arasında uşaqların olması ermənilərin faşist xislətindən xəbər verir. Təəssüf edirik ki, özlərini insa hüquq və azadlıqlarının müdafiəçisi kimi tənqdim edən beynəlxalq təşkilatlar hələ də susur, erməni vandalizmini görməzliyə vururlar. Nə  qədər kor olasan ki, bu barbarlığı, soyqırımını görməyəsən”. Bu fikirləri  Ermənistan ordusnun qəddarlığına münasibət bildirən Milli Məclisin AŞPA- da nümayəndə heyətinin üzvü Könül Nurullayeva səsləndirdi.

Deputat bildirdi ki, atəşkəslə bağlı Azərbaycana çoxsaylı müraciət edənlər, nədənsə,  Ermənistanın bu terrorçu davranışlarını qınamır, işğal etdiyi  əraziləri qeyd- şərtsiz boşaltmağa çağırmır.  Təcavüzkar  ölkə  isə  həyasızcasına  işğal etdiyi əraziləri boşaltmaq üçün müəyyən şərtlər irəli sürür.  Möhtərəm Prezidentimiz qəti mövqeyini bildirərək deyib ki, Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz.

Ermənistanın  müvəqqəti humanitar atəşkəs rejiminə cəmi 2 dəqiqə əməl etməklə regionun əsas təhlükə mənbəyi olduğunu və işğal siyasətindən əl çəkmək niyyətində olmadığını bir daha təsdiqlədiyini deyən  K.Nurullayeva  humanitar atəşkəsin birinci günü işğaıçı ölkənin  silahlı qüvvələri Azərbaycanın 5 rayonuna mülki şəxslərə və mülki obyektlərə qarşı ümumilikdə 229 mərmi atdığnı bildrdi:  “Təkcə Tərtərə 160, Ağdama 63, Goranboya 6 mərmi düşüb. Humanitar atəşkəsin ilk günü Ermənistan silahlı qüvvələri Xızıya 1, Ağcabədinin Poladlı kəndinə 2 raket zərbəsi endirib, bundan başqa 1 dron hücumuna cəhd edib. Bu, Ermənistanın faşist mahiyyətidir – döyüş meydanında uğradığı məğlubiyyətin aqressiyasını mülki əhaliyə yönəltmək, onları atəş altında saxlamaq, günahsız insanları qətlə yetirmək, münaqişənin coğrafiyasını genişləndirmək cəhdi.  Düşmən bir tərəfdən ağ bayraq qaldıraraq atəşin dayandırılmasını istəyir, digər tərəfdən, atəşkəsi kobud şəkildə pozur. İllərdir, Ermənistanın dövlət siyasəti bu ziddiyyətlər üzərində qurulub”.

30 ildir atəşkəsin məhz Ermnənistan tərəfindən  pozulduğunu deyən K.Nurullayeva  26 ildir ki, tərəflər arasında rəsmi atəşkəs ola-ola düşmənin nəinki cəbhə bölgəsini, sərhədyanı ərazilərimizi də gülləbaran etdiyini,  azyaşlı uşaqlar  başda olmaqla mülki insanlarımızı elə dünyanın gözü qarşısında öldürürdüyünü diqqətə çatdırdı:  “Ermənistanın bu destruktiv əməllərinə hüquqi-siyasi qiymət verilməməsinin nəticəsidir ki,  işğal və terror siyasətinin miqyasını daha da genişləndirmək iddiasındadır. Belə olan halda Azərbaycan 27 il əvvəl qəbul edilən BMT qətnamələrinin icrasını öz üzərinə götürərək, sülhəməcburetmə əməliyyatları ilə öz suveren hüququnu təmin edir”.

Söhbəti qələmıə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

21 Oktyabr 2020 10:42 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə