Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliya mətbuatında Ermənistan tərəfindən azərbaycanlı diplomatlara qarşı terror təhdidlərindən bəhs edən yazılar dərc olunub

İtaliyanın “Giornale Diplomatico”, “KmetroO”, “Politicamente Corretto” xəbər saytları və “Agenzia Nova” informasiya agentliyi “Ermənistan tərəfindən azərbaycanlı diplomatlara qarşı terror təhdidləri” başlığı altında son günlər sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə diplomatlarına qarşı həyati təhlükə xarakterli çağırışların yayılmasına dair məlumatlar dərc edib.

AZƏRTAC xəbər verir ki, məlumatlarda Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın açıqlaması əsasında bu addımın növbəti dəfə radikal erməni qüvvələrinin terrorçu xislətinin təzahürü olduğu bildirilir, bunun əyani sübutu kimi 12 iyul hadisələrindən sonra xarici ölkələrdəki radikal erməni qüvvələri tərəfindən yerli azərbaycanlı icma üzvlərinə, eləcə də diplomatlarımıza qarşı son dərəcə aqressiv əməllərin törədildiyi diqqətə çatdırılır.

21 Oktyabr 2020 09:56 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə