Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı yenidən başlanan hü­cumlarını kədər hissi ilə öyrəndik və yaxın­dan izləyirik. Bu hücumlar bölgəmizdə sülh səylərinə böyük zərbə vurur.

Bu hücumlarla beynəlxalq hüquq açıq şəkildə pozulmaqdadır. Mülki şəxslər arasın­da da itkilərə səbəb olan hücumları şiddətlə qınayırıq. Ermənistan bu hücumlarla bölgədə sülhə və sabitliyə ən böyük təhdid olduğunu bir daha göstərdi.

Azərbaycanın öz xalqını və ərazi bütövlü­yünü qorumaq üçün legitim müdafiə hüqu­qunu dəstəkləyirik. Bu prosesdə türk biznes aləminin, o cümlədən Türk Ticarət və Sənaye Palatasının Azərbaycana dəstəyi tamdır. Beynəlxalq ictimaiyyəti də haqlının yanında olmağa çağırırıq.

Fürsətdən istifadə edərək, həlak olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara tezliklə sağalmalarını diləyir, can Azərbaycana başsağlığı veririk.

Dərin hörmətlə,

Rıfat HİSARCIKLIOĞLU,
Türkiyə Palatalar və Birjalar Birliyinin sədri, Türk Ticarət və Sənaye Palatasının sədri

20 Oktyabr 2020 00:49 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə