• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lənkəranda tələbə yataqxanasının inşasına başlanılıb

Lənkəranda tələbə yataqxanasının inşasına başlanılıb

Lənkəran Dövlət Universitetində təhsil alan tələbə və magistrantlar, həmçinin, onların valideynləri müjdələnirlər. Təqribən 3 min 500-ə qədər tələbə və magistrantın  təhsil aldığı LDU-da  160 yerlik yeni yataqxana binasının inşasına başlanılıb. Yeni bina universitetin idarəçiliyinə verilən  keçmiş peşə məktəbinə məxsus qəzalı binanın yerində inşa edilir. Artıq ikinci həftədir ki, köhnə binanın söküntüsü  aparılır. Yaşayış sahəsi 1100 kvadratmetr   olacaq  yataqxana binasında tələbələrin normal yaşayışı, asudə vaxtlarının təşkili üçün bütün şərait yaradılacaq, kompüter otaqları, kitabxana, xidmət otaqları   fəaliyyət göstərəcək. Yataqxana binasının növbəti 2019-- 2020-ci tədris ilində tələbələrin istifadəsinə verilməsi nəzərdə tutulur.

Hazırda Lənkəran Dövlət Universitetində ancaq  qız tələbələr yataqxana binasından istifadə edirlər.  50 nəfərlik qızlar  yataqxanası  2016-cı ildə əsaslı şəkildə yenidən təmir olunub və burada tələbələrin yaşayışı, normal istirahəti üçün hər cür şərait yaradılıb. Həmçinin qızların  dərsə getmələri üçün ayrıca mikroavtobus  da ayrılıb.

 Xatırladaq ki, Lənkəranda evlərin aylıq kirayə haqqı 50 manatdan baha olduğuna görə, yeni yataqxananın inşası  aztəminatlı ailələrdən olan tələbələrin yaşayış probleminin həlli deməkdir. Bu amil  gələcəkdə universitetə tələbə axınını da şərtəndirə bilər. Bununla yanaşı,  hazırda Lənkəran Dövlət Universitetində iki yeni tədris korpusunun da inşası aparılır.

 

Esmira İsmayılova,
​Lənkəran Dövlət Universitetinin
ətbuat xidmətinin rəhbəri

16 Oktyabr 2018 15:16 - CƏMİYYƏT
CƏMİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin