Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa Film Festivalı çərçivəsində

Avropa Film Festivalı çərçivəsində

 9-cu Avropa Film Festivalı çərçivəsində (1-21 oktyabr-2018) Avropa İttifaqı Nümayəndəliyi Aİ üzv dövlətlərinin səfirlikləri,Norveç səfirliyi və Park Cinemanın birgə təşkilatçılığı ilə Macarıstanın Bakıdakı Səfirliyi “Kincsem” filminin nümayişini keçirmişdir.

 Gabor Herendinin rejissorluğu ilə çəkilən “Kincsem” adlı film Park Bulvar Cinema salonunda İngilis və Azərbaycan dillərində altyazıları ilə nümayiş etdirilmişdir.

Tədbirin əvvəlində Macarıstan Respublikasının Azərbaycandakı səfirliyinin ikinci katibi,mədəniyyət və təhsil məsələləri üzrə diplomat Mihay Qruber  tamaşaçıları salamlayaraq Festival çərçivəsində film ilə bağlı  məlumat vermişdir.

Macəra və dramatik janrda çəkilən bu tarixi filmdə 1848-ci il Macarıstan İnqilabından sonra hər şeyi itirən Erno Blaskoviç həyatında bir cıxış yolu tapır.O,Kincsem adlı möhtəşəm bir at alaraq özünün mənasız, onu məhv edən həyatının məqsədlərinə nail olmaq üçün inamla  irəliləyir. Həyatın çətin mübarizə yollarına, əzab-əziyyətlərə dözərək, bu sədlərdən mətinliklə, cəsurluqla, mətanətlə keçərək  hər şeyi geri qaytarmaq şansına nail olur.Yalnız Macarıstanda deyil,  Avropanın bir sıra ölkələrində Cıdır yarışlarında onun təlim verib böyütdüyü, sağaltdığı möhtəşəm atı-Kincsem həmişə birincilik qazanır və sahibinə böyük şöhrət gətirir.Əsərin qəhrəmanı itirilmiş şöhrətini intiqam, sevgi və cəsurluqla geri qaytarır.

Tarixi ekran əsərində baş rollarda Ervin Nagy, Andrea Petrik, Tibor Gaspar çəkilmişlər.

Macarıstanın Bakıdakı  Səfirliyinin təşkilatçılığı ilə  Avropa Film Festivalı çərçivəsində filmlərin nümayişi davam etdirilir.

 

Afət Sadıqoğlu,
“Xalq qəzeti”

16 Oktyabr 2018 15:13 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
4 Fevral 2020 | 11:02
2020-ci il üçün müsabiqə

Köhnə versiyamızdan xəbərləri izlə