Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədliyyə naziri Almaniyanın ölkəmizdəki səfirini Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırıb

Oktyabrın 19-da Ədliyyə naziri Fikrət Məmmədov Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Volfqanq Maniqlə onun xahişi ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan və Almaniya arasın­da ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafını qeyd edən nazir ölkələrimizin Ədliyyə nazirliklərinin səmərəli qarşılıqlı fəaliyyətini, o cümlədən hüquqi sahədə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) və Beynəlxalq Hüquq Əməkdaşlığı Fon­du (İRZ) ilə sıx əlaqələrini vurğulayıb.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və beynəlxalq aləmdə təqdir olunan məhkəmə-hüquq islahatlarından da­nışıb, bu sahədə alman ekspertlərinin iştirakını qeyd edib.

Görüşdə səfir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, xüsusilə son vaxtlar dinc əhaliyə qarşı törətdiyi müharibə cinayətləri barədə məlumatlandırılıb. Bildirilib ki, razılaş­dırılmış humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan tərəfindən insanların sıx yaşadığı şəhər və rayon­larımız ağır artilleriya atəşinə məruz qalıb, təmas xəttindən on kilometrlərlə uzaqda yerləşən Gəncə şəhərinə endirilmiş raket zərbələri nəticəsində qadınlar və uşaqlar olmaqla 25 nəfər həlak olub, 120-dən çox insan yarala­nıb. Bütövlükdə isə 61 dinc vətəndaş vəfat edib, 282 nəfər xəsarət alıb, 2200 mülki infrastruktur obyekti yararsız vəziyyətə düşüb. Ermənistan törətdiyi bu müharibə cinayətləri ilə beynəlxalq humanitar hüquq normalarını, 1949-cu il Cenevrə Konvensiyalarını kobud surətdə pozur.

Həmçinin qeyd olunub ki, işğal altındakı ərazilərimizdə qeyri-qanuni iqtisadi fəaliyyəti, Azərbaycana aid tarixi, mədəni və digər abidələrin dağıdılma­sı və ya adlarının saxtalaşdırılması, qanunsuz məskunlaşdırma siyasətini həyata keçirən və bununla da torpaqları­mızı qaytarmaqda niyyətinin olmadığını göstərən Ermənistan rəhbərliyi açıq-aş­kar müharibəyə təhrik edən bəyanatları ilə çıxış edərək danışıqlar prosesini tam pozub.

Bütün bunların Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən BMT Baş Assambleyasının 75-ci sessiyasında dünya ictimaiyyətinin diqqətinə çatdırıldığı vurğulanıb.

Eyni zamanda, Almaniya Bundes­taqı deputatlarının qanunsuz olaraq işğal altındakı torpaqlarımıza səfərinin təəssüf doğurduğu bildirilib. Səfir V.Maniq həmin deputatların ölkəsinin məhkəmə qərarlarına əsasən faşist mövqeyi ilə seçilən radikal partiya təmsilçiləri olduqlarını söyləyib, Fe­deral Hökumətin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğula­yıb. O, son hadisələrlə bağlı dəqiq və dolğun məlumatlara görə təşəkkürünü ifadə edib, Azərbaycan həqiqətlərinin ölkəsində daha geniş təbliğ olunma­sının əhəmiyyətini qeyd edib. Səfir Azərbaycanın dostu olduğunu bildirərək, ölkəmizin tolerantlığını vurğulayıb, ikitərəfli əlaqələrin genişləndirilməsinə hazır olduğunu diqqətə çatdırıb. Bildirib ki, Almaniyanın Avropa İttifaqında bu yaxınlarda edəcək sədrliyi əməkdaşlıq üçün əlavə imkan yaradacaq. Səfir, həmçinin Ədliyyə Nazirliyi ilə sıx əlaqələri yüksək qiymətləndirib.

Söhbət zamanı iki ölkə arasında ədliyyə sahəsində qarşılıqlı fəaliyyətin perspektivlərinə toxunulub, hüquqi yar­dım, ekstradisiya və digər əməkdaşlıq edilə bilən yeni sahələrlə bağlı faydalı fikir mübadiləsi aparılıb.

20 Oktyabr 2020 01:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR
5 Dekabr 2020 | 03:01
Azərbaycan Fransaya nota verib
5 Dekabr 2020 | 00:11
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə