Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mustafa Şentop: Türkiyə Azərbaycanı haqlı mübarizəsində sonadək dəstəkləməkdə qətiyyətlidir

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə həmişə Azərbaycanın ya­nındadır və qardaş dəstəyini daim davam etdirəcək. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, Azərbaycanın bir hissəsidir. Türkiyə dövləti haqlı mübarizəsində sonadək Azərbaycanı dəstəkləməkdə qətiyyətlidir. Bunu hər dəfə, hər yerdə demişik və Bakıda da təkrar ifadə edirik.

Bu fikirləri jurnalistlərə müsahibəsində Türkiyə Böyük Millət Məclisinin Sədri Mus­tafa Şentop deyib.

Türkiyə parlamentinin Sədri işğal altındakı Azərbaycan ərazilərinin azad edilməsi uğrunda şəhid olan Azərbaycan əsgərlərinə, eyni zamanda, həlak olan mülki vətəndaşlara Allahdan rəhmət diləyib, yaralananların tezliklə sağalmaları­nı arzulayıb.

AZƏRTAC

20 Oktyabr 2020 01:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
5 Dekabr 2020 | 03:01
Azərbaycan Fransaya nota verib
5 Dekabr 2020 | 00:11
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə