Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA Yüksək Texnologiyalar Parkı ordumuza növbəti dəfə zəruri tibbi ləvazimatlar və mühərrik yağlarından ibarət yardım göndərib

Ölkə Prezidenti İlham Əliyevin son on yeddi ildə apardığı islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı xeyli güclənmiş, Silahlı Qüvvələrimizin maddi-texniki bazası möhkəmlənmişdir. Xalqımızın qürur və güvən yeri olan Azərbaycan Ordusunun sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları uğurla davam edir və bu günlər hər bir azərbaycanlı cəbhədəki qələbələrin qürur hissini yaşayır.

AMEA Yüksək Texnologiyalar Parkının Mətbuat katibi Nərgiz Qəhrəmanovadan aldıımız məlumata görə, ordumuzun maddi-texniki bazasının tam təchiz olunmasına baxmayaraq, bu həssas günlərdə arxa cəbhədə olan hər kəs öz vətəndaşlıq mövqeyini bildirir, ölkənin bütün dövlət və özəl təşkilatları Silahlı Qüvvələrə Yardım Fonduna ianələr edir, müxtəlif yardımlar göstərirlər.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə akademiyanın elmi müəsisə və təşkilatlarının, o cümlədən AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) kollektivi də könüllü olaraq bu müqəddəs amal uğrunda mübarizəyə qoşulublar.

Belə ki, akademiya rəhbərliyinin tapşırığı ilə YT Park və onun rezidenti olan Təcrübə-Sənaye Zavodu növbəti dəfə torpaqlarımızın azad edilməsi uğrunda şiddətli və davamlı döyüşlər aparan əsgərlərimizə, cəbhə bölgələrində yerləşən tibb məntəqələrimizə və hərbi hissələrə çoxlu sayda zəruri tibbi ləvazimatlar, eləcə də zavodun istehsal etdiyi mühərrik və sürtkü yağlarından ibarət yardım göndərib.

Göndərilən tibbi ləvazimatlara Ağ Naftalan yağı, “Naftaderm” şampunu və losyonu, digər şəxsi gigiyenik vasitələr, müxtəlif növ ağrıkəsicilər, yaraların işlənilməsi üçün məhlullar, spirt tərkibli vasitələr, yara sarğıları və s. daxildir.

Qeyd edək ki, YT Park və Təcrübə-Sənaye Zavodu tərəfindən indiyədək şanlı ordumuza ümumi məbləği 40 min manat olan yardım göstərilib.

Yüksək Texnologiyalar Parkının kollektivi cəsur ordumuzun uğurları və nailiyyətləri ilə qürur duyur, bütün mümkün yollarla onları dəstəkləməyə hazır olduğunu bildirir.

Əminik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun başladığı əks-hücum əməliyyatları torpaqlarımızın tam işğaldan azad olunması ilə sona çatacaq və Azərbaycan haqlı mübarizədə zəfər çalacaq.

Qarabağ Azərbaycandır! Qələbə bizimlədir!

 

 

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

20 Oktyabr 2020 21:15 - CƏMİYYƏT
CƏMİYYƏT
29 Noyabr 2020 | 00:35
Ömür vəfa etsəydi...
27 Noyabr 2020 | 23:31
Şəmkirdə nəcib aksiya

Köhnə versiyamızdan xəbərləri izlə