• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aqrar Universitetin kollektivi Prezidentimizin 15 illik fəaliyyətini ağacəkmə kompaniyası ilə qeyd etdi…

Aqrar Universitetin kollektivi Prezidentimizin 15 illik fəaliyyətini ağacəkmə kompaniyası ilə qeyd etdi…

Azərbaycan Dövlət Aqrar Universitetində Prezident İlham Əliyevin Prezidentlik fəaliyyətinin 15 illiyi ilə əlaqədar ağacəkmə kompaniyası keçirilib.        

Tədbir başlamazdan əvvəl universitetin rektoru, professor İbrahim Cəfərov kollektiv qarşısında çıxış edərək deyib: “15 il qabaq xalq öz seçimini etdi və zaman göstərdi ki, bu, ən doğru seçimdir. Bu 15 ildə Prezidentimiz özünün titanik fəaliyyəti ilə ümidlərimizi və etimadımızı doğrultdu, ölkəmizi bütün dünyada tanıtdı,iqtisadiyyatı, sosial sahəni möhkəmləndirdi, daxili və xarici siyasətinin xalq tərəfindən dəstəklənməsinə nail oldu. Biz bu gün ağacəkmə kompaniyası keçiririk.Cənab Prezidentimizə hədiyyəmiz budur. Bilirik ki, ən çox qiymətləndirdiyi, dəyər verdiyi işlərdən biri yaşıllığın qorunması, yeni ağac və gül kollarının əkilməsidir”.

Həmin gün rektor İbrahim Cəfərovun da iştirak etdiyi mütəşəkkil tədbirdə 50 ədəd çinar ağacı, 500 ədəd qızılgül kolu tələbə evlərinin və tədris korpuslarının həyətində əkildi.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri
            

 

16 Oktyabr 2018 13:51 - CƏMİYYƏT
CƏMİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin