Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Misir saytları: Azərbaycan Prezidenti Zəngilan şəhərinin və ətraf kəndlərin işğaldan azad olunduğunu bəyan edib

Misir saytları Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 20-də xalqa müraciətində Zəngilan şəhəri və ətraf kəndlərin erməni işğalından azad edildiyi barədə bəyanatını yayıb.

“Egyptonline”, “Alwasela”, “Rayetmisr”, “Aldiplomasy” informasiya portalları AZƏRTAC-a istinadla dövlətimizin başçısının aşağıdakı sözlərini sitat gətirib: “Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!”.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

20 Oktyabr 2020 20:40 -

Köhnə versiyamızdan xəbərləri izlə