Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva soydaşlarımızı fəal olmağa çağırıb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva  plenar iclasda çıxış edərək, ön cəbhədə yaşananlara, ordumuzun zəfər yürüşü barədə danışıb.  Qənirə Paşayeva, ordumuzun şücaətilə  tariximizdə yeni şanlı, şərəfli səhifələr yazıldığını qeyd edib.

Deputat son yüz ildə zorla əlimizdən alınmış torpaqların ilk dəfə bu miqyasda azad edildiyini vurğulayaraq, cənab Ali Baş Komandan başda olmaqla, Silahlı Qüvvələrimizə, qəhrəman hərbçilərimizə minnətdarlıq edib.

“Şəhidlətrimizin ruhu qarşısında, onların ailələrinin qarşısında baş əyirəm!” -- deyən deputat, sərhəd kəndlərində yaşayan, top, raket atəşlərinə, dağıntılara baxmayaraq, öz el-obasını tərk etməyən sakinlərimizin də fədakarlıq və mərdanəlik nümayiş etdirdiyini söyləyib.

Qardaş Türkiyənin, qardaş Pakistanın dövlət rəhbərliyinə, millət vəkillərinə, media nümayəndələrinə təşəkkür borcumuz olduğunu vurğulayan Q.Paşayeva, terrorçu, qaniçən Paşinyanın öz haqq etdiyi cəzanı alacağına ümid etdiyini söyləyib.

Qənirə Paşayeva, çıxışının sonunda Azərbaycan həqiqətlərinin yayılması, erməni yalanlarının qarşısının alınması üçün bütün dünya azərbaycanlılarını, xüsusilə Rusiyada yaşayan soydaşlarımızı daha da fəal olmağa çağırıb.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 Oktyabr 2020 17:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə