Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə Parlamenti sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncədə olub

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Sentopun rəhbərlik etdiyi nümayəndə heyəti Gəncəyə gəlib.

Səfərin məqsədi  cəbhə bölgəsindən kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində  Ermənistan silahlı qüvvələrinin günahsız mülki əhaliyə  raket hücumlarının cinayət səhnələri ilə tanış olmaqdır.

Qeyd edildi ki, Ermənistan silahlı qüvvələri tərəfindən oktyabrın 11-i gecə yarısı və 17 oktyabr tarixində Azərbaycanın ikinci böyük şəhəri olan döyüş meydanından çox kənarda olan Gəncəyə atılan raket hücumları nəticəsində dinc mülki vətəndaşlar, uşaqlar da daxil olmaqla onlarla insan öldürülüb. “Tochka-U”, “Smerch”, “Scud” və digər raketlərlə hücumlar çox sayda insanın məhv edilməsinə hesablanıb.

20 Oktyabr 2020 16:30 - SİYASƏT
SİYASƏT
25 Noyabr 2020 | 03:39
Xilaskar prezident

Köhnə versiyamızdan xəbərləri izlə