• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məşğulluq orqanları əməkdaşları üçün peşəyönümünə dair təlimlərə başlanılıb

Məşğulluq orqanları əməkdaşları üçün peşəyönümünə dair təlimlərə başlanılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq Mərkəzlərinin peşəyönümü sahəsi üzrə mütəxəssisləri üçün təlimlərə başlanılıb. 

Göyçay  Regional Peşə Tədris Mərkəzində təşkil olunan ilk təlimdə 15  rayon və şəhər (Yevlax, Hacıqabul, Zərdab, İsmayıllı, Beyləqan, Xocavənd, İmişli, Ağcabədi, Füzuli, Cəbrayıl, Ağdaş, Ağsu, Ağdam, Kürdəmir, Mingəçevir) Məşğulluq Mərkəzlərinin mütəxəssisləri iştirak edir. Təlim 6 gün davam edəcək. Digər rayon və şəhər Məşğulluq Mərkəzlərinin əməkdaşları üçün də təlimlərin təşkili nəzərdə tutulur.

Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən mütəmadi olaraq gənclərin, o cümlədən orta ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinin, dövlət uşaq müəssisələrində yaşayan yeniyetmələrin iştirakı ilə peşəyönümü tədbirləri keçirilir. Bu tədbirlər zamanı iştirakçılara əmək bazarında tələb olunan peşə və ixtisaslar haqqında ətraflı məlumatlar və onların düzgün peşə və ixtisas seçiminə köməklik göstərmək məqsədi ilə peşəyönümü məsləhətləri verilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, ekspertlərin və psixoloqların iştirakı ilə başlanan təlimlərdə məqsəd mütəxəssislərin peşəyönümü sahəsində bilik və bacarıqlarının, mövcud potensialının artırılması, beynəlxalq təcrübəyə uyğun olaraq yeni mütərəqqi üsullardan istifadə etməklə onların peşəkarlıqlarının yüksəldilməsidir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 Oktyabr 2018 12:40 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin