Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Stadion xəstəxanaya çevrildi

Polşa Milli Stadionu müvəqqəti olaraq koronavirus infeksiyasından əziyyət çəkən xəstələrə xidmət edəcək.

Məlumata görə, 60 min tamaşaçı tutumuna malik olan arena hökumətin sərəncamına verilib.

Buna səbəb koronavirus xəstələrinin sayının çox olması və xəstəxanalarda boş yerlərin qalmamasıdır. Varşavadakı stadionun tribunalarının arxasında tibbi xidmət göstərmək üçün konfrans zalları var. Arenaya həftəsonundan etibarən xəstələrin qəbulu üçün artıq 500 çarpayı yerləşdirilib.

Hökumət rəsmiləri kifayət etməyəcəyi təqdirdə, Polşanın 16 inzibati bölgəsinin hər birində səhra xəstəxanaları yaradılmağın mümkünlüyünü vurğulayıblar.

Elşən AĞALAR,
“Xalq qəzeti”

20 Oktyabr 2020 15:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Noyabr 2020 | 01:12
Hava proqnozu
27 Noyabr 2020 | 00:52
Atalar və oğullar

Köhnə versiyamızdan xəbərləri izlə