Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“The Wall Street Journal”: Rusiya Ermənistanı müdafiə etməkdən imtina edib

Bu il baş verənlər Prezident Putinin Rusiyanın yaxın xaricində iğtişaşları dayandıra bilmədiyini üzə çıxardı. ABŞ-ın nüfuzlu dövri nəşri “The Wall Street Journal” bu barədə redaksiya məqaləsində yazıb:

“Sentyabrın 27-dən Azərbaycanla Ermənistanın təmas xəttində başlanmış əməliyyatlar nəticəsində mülki şəxslər daxil olmaqla yüzlərlə insan həlak olub. Rusiya Ermənistanı birbaşa müdafiə etməkdən imtina edib və döyüşlərin bitməsini istəyir. Türkiyə isə hadisələrin əsas hərəkətverici qüvvəsinə çevrilib. Ankaranın dəstəyi Azərbaycanı Dağlıq Qarabağı güc yolu ilə geri almağa ürəkləndirib”.

Qəzet daha sonra qeyd edib ki, Belarusdakı son hadisələr də Rusiyanın gücünün limitini göstərir və nüfuzunun zəifləməsinə görə Putin özünü günahlandırmalıdır. Belə ki, onun repressiv və korrupsioner idarəçiliyi iqtisadi artımı yavaşıdıb, nəticədə Çin daha cəlbedici iqtisadi tərəfdaşa çevrilib, xüsusilə Orta Asiyada. Hətta iqtisadi problemləri olan Türkiyə belə Rusiya ilə hərbi baxımdan rəqabət apara bilər. Məqalədə deyilir ki, sanksiyalar dərhal nəticə verməsə də, 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra tətbiq edilən iqtisadi təcrid öz işini görüb.

R.TAHİR,
“Xalq qəzeti”

20 Oktyabr 2020 15:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Noyabr 2020 | 01:12
Hava proqnozu
27 Noyabr 2020 | 00:52
Atalar və oğullar

Köhnə versiyamızdan xəbərləri izlə