Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müstəqillik günü İzmirdə qeyd edildi

Türkiyənin İzmir şəhərindəki Egey Universiteti Türk Dünyası Araşdırmaları İnistitunda Azərbaycanın müstəqilliyinin növbəti ildönümü münasibəti ilə konfrans keçirilmişdir.

Müstəqillik tariximizin önəmindən bəhs edilən tədbirdə universitetin  professoru Aydın İbrahimov geniş məruzə ilə çıxış etmişdir. O, qeyd etmişdir ki,  Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün  suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci  ildə  qurulmuş  Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il  sonra  yarandı. Sovet imperiyasının  dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa  etmək  imkanı  verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Onun müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə, sonra başqa dünya dövlətləri tanıdı.

Azərbaycandakı son hadisələrə toxunan professor bildirmişdir ki, indi ölkəmizdə Vətən mücadiləsi gedir, yeni bir tarix yazılır. Bu gün Azərbaycandakı möhkəm birlik və  həmrəylik tariximizin yeni və möhtəşəm bir səhifəsidir. Azərbaycan Ordusunun əks hücum əməliyyatları, cəbhədəki uğurları, əsgərlərimizin döyüş şücaəti hər birimizə sevinc hissi yaşadır. Azərbaycan xalqının illərdir gözlədiyi Böyük Qələbə cox yaxındadır. Cəmiyyətdəki ruh yüksəkliyi, orduya inam, qələbəyə əminlik və Ali Baş Komandan İlham Əliyevin ətrafındakı birliyik Azərbaycanı zəfər bayramına günbəgün  yaxınlaşdırmaqdadır. Əminəm ki, müstəqilliyimizin növbəti ildönümü bütün Azərbaycan torpaqlarında qeyd ediləcəkdir.

Tədbirin sonunda  iştirakçıların suallarını cavablandırıldi.

“Xalq qəzeti”

20 Oktyabr 2020 12:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Noyabr 2020 | 01:12
Hava proqnozu
27 Noyabr 2020 | 00:52
Atalar və oğullar

Köhnə versiyamızdan xəbərləri izlə