Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mustafa Şəntop: Beynəlxaq ictimaiyyətə müraciət edirəm ki, karsınız ya korsunuz?

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop Azərbaycan Milli Məclisinin plenar iclasında çıxışı zamanı deyib:

“Türkiyə hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındadır. Məclis olaraq Azərbaycanın yanında olduğumuzu sentyabrın 28-də dünyaya bir daha bəyan etdik”.

Qardaş ölkənin parlament rəhbərinin sözlərinə görə, Ermənistan mülki insanları öldürməyi dövlət siyasətinə çevirib: “Moskvadakı razılaşmasından sonra da onlar atəşkəsi pozaraq mülki insanları yenidən hədəf alıb. Onlar günahsız insanlara hücum etməyə davam edir. Bunlar müharibə cinayətidir. Beynəlxaq ictimaiyyətə müraciət edirəm ki, karsınız ya korsunuz? Bunları görmürsünüzmü? Ermənistanın ipini əlində tutanlar bunu dayandırmalıdır”.

R.TAHİR,
“Xalq qəzeti”

20 Oktyabr 2020 12:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Noyabr 2020 | 01:12
Hava proqnozu
27 Noyabr 2020 | 00:52
Atalar və oğullar

Köhnə versiyamızdan xəbərləri izlə