Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Telejurnalist İbrahim Nəbioğlu: Qarabağ cəbhəsində 6 min erməni hərbçisi məhv edilib

Ermənistan ordusunda gördüklərindən dəhşətə gəlmiş alman jurnalist müharibənin işğalçılar üçün faciə ilə bitəcəyini söyləyib

Tanınmış telejurnalist İbrahim Nəbioğlu mediada açıqlamasında  xarici mənbələrə istinadla Azərbaycan Ordusunun qalibiyyətli hücumları nəticəsində Qarabağda işğalçı Ermənistanın 6 min hərbçisinin məhv edildiyini  bildirir. Soydaşımızın həmin materialın əvvəlində  yazır:

– Çıxış etdiyim Türkiyənin TV kanallarında bir neçə dəfə Almaniyanın nüfuzlu “Bild” dərgisinin xarici xəbərlər redaksiyasının redaktoru Yuliyan Röbkenin (almanca Julian Röpcke) Qarabağ və Ermənistandan reportajlarından bəhs etmişdim. Röbke erməni ordusunda gördüklərindən dəhşətə gəlmiş, müharibənin Ermənistan üçün faciə ilə bitəcəyini yazmışdı. Materiallarında Azərbaycan Ordusunun şəksiz üstünlüyündən, döyüşçülərin əzmindən yazan alman jurnalist ermənilərin dəhşətli itkilərindən danışmışdı. Onu izləməyə başladım. İzlədikcə nə qədər güvənli və ciddi olduğunu gördüm. Zatən çalışdığı dərginin adı yetər – “Bild”…
Və müharibənin 9-cu günündə Röbke savaşın ilk 5 günündə  4 min erməni əsgər və zabitinin öldürüldüyünü yazdı... 

Bu dəhşətli rəqəmlər Azərbaycan Ordusunun gücünü, hazırlığını və mübarizə ruhunun bariz göstəricisi idi. Ancaq rəqəmlər həm də ermənilərin necə zəif və hazırlıqsız olduğundan xəbər verirdi.

O axşam “Haber Global” kanalında 4 saatlıq proqramda iştirak edəcəkdim. Proqram başlayana qədər telefon əlimdən düşmədi, oxuduqlarımı dəqiqləşdirmək istəyirdim. Əgər Röbkenin “statistikası” doğru çıxsa, bu, müharibənin taleyinin artıq məlum olduğu demək idi. Ancaq bir gecə də özümü saxladım, heç nə yazmadım, bir neçə dostuma söyləməklə kifayətləndim. Çoxu inanmadı, hətta biri ağır bir hərbi deyim tələffüz etdi: “ətçəkən”dir  ki bu,– dedi.

Ertəsi gün Röbkenin hesabı dəyişdi, ölü sayının 4 mini keçdiyini yazdı…

Bir neçə gün sonra ermənilər Gəncə hərbi aeroportu və “F-16” məsələsini gətirdilər gündəmə. Eyni gün Röbke sputnik görüntüləri ilə oradakı təyyarələrinin gövdə uzunluğunu təsbit edərək, o təyyarənin “F-16” deyil, “M-346”  olduğunu yazdı. Röbke ədalətin tərəfində idi. Onun nə üçün müharibəni Azərbaycandan deyil, Ermənistan tərəfdən izlədiyi isə mənə pis təsir etdi. Bu haqda hələ çox yazacam…

Telejurnalist apardığı jurnalist araşdırması barədə açıqlamasının davamında bildirir:

– Gələk məhv edilən erməni hərbçilərin sayına. O rəqəmləri səsləndirməyə başladım. Bu qorxunc statistika Ermənistan ordusunun necə bir burulğana düşdüyünü göstərirdi. Bir neçə gün əvvəl isə bu haqda ayaqüstü Abdullah Ağarla söhbətləşdik. Eyni TV proqramında iştirak edirdik. Rəqəmlər onu da düşündürdü…

Yeri gəlmişkən bildirim ki, Abdullah Ağarla 1967-ci  ildə Ankarada doğulub. 1989-da “Qara hərb okulu”ndan (piyada məktəbi) məzun olub, komanda dəstəsində xidmət edib. Özəl Qüvvələr Komandanlığında müxtəlif bölgələrdə 6 il dağlarda PKK-ya qarşı mübarizə aparıb. Komandanı olduğu hərbi birliyin  25 qazisi və 11 şəhidi olub. Hazırda Bahçeşehir Universitetində dərs deyir. Terror və onunla mübarizə, Türkiyə  Ordusunun hərəkatları haqda 8 kitabı çap olunub...

İki gün əvvəl Abdullah Ağar zəng elədi. Anladım ki, ayaqüstü söhbətimizi  unutmayıb. Abdullah bəy səhərisi öz araşdırmasını yazdı: “Sahədən aldığım bilgilər və hesablamalar Ermənistan ordusunun 6 min civarında itkisi olduğunu deyir. Bu qorxunc bir rəqəmdir. Heç bir dövlət bu qədər əsgərinin ölümünə laqeyd qala bilməz”.

Nəbioğlu araşdırmasnı bu sözlərlə bitirir: “Abdullah Ağar, sadəcə, Azərbaycanın əlində 700-dək erməni cəsədi olduğunu deyir. Bu rəqəmlər üzə çıxandan sonra Ermənistanı nələr gözlədiyini təsəvvür edirsizmi? Necə bir ağrı, xaos və qəzəb dalğası yaranacaq, düşünə bilirsizmi?

Digər tərəfdən, Ermənistan ordusundakı itaətsizlik, fərarilik və döyüşə girməkdən imtinaların altında da bu faciə, bu acı yatır. Onları nələrin gözlədiyini bilirlər. Abdullah Ağara görə, 

Zənnimcə, bu, millətçilik ağarına yoluxmuş bir millətin, işğlçı Ermənistanın faciəsidir”.

Hazırladı:
R.TAHİR,

“Xalq qəzeti”

20 Oktyabr 2020 12:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Noyabr 2020 | 01:12
Hava proqnozu
27 Noyabr 2020 | 00:52
Atalar və oğullar

Köhnə versiyamızdan xəbərləri izlə