Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncədə törədilən terror aktları nəticəsində həlak olan həmvətənlərimizin xatirəsi Litvada da yad edilib

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşə tutulması nəticəsində həlak olan həmvətənlərimizin əziz xatirəsini anmaq üçün ölkəmizin Litvadakı səfirliyinin binasının önündə xain hücumun nəticələrini əks etdirən şəkillərdən ibarət xatirə guşəsi yaradılıb.

Guşədə Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə mülki şəxslərin hədəfə alınması nəticəsində həlak olan vətəndaşlarımızın fotoları, bu qanlı terror aktlarının ağır nəticələrinə dair şəkillər və məlumatlar nümayiş etdirilir.

Litvada yaşayan vətəndaşlarımız, eləcə də yerli sakinlər səfirliyin binası qarşısına gələrək, guşənin önünə gül dəstələri və şamlar düzür, şəhidlərimizin xatirəsinə dərin ehtiramlarını bildirir, xalqımızla həmrəylik nümayiş etdirirlər.

Xatırladaq ki, oktyabrın 17-də düşmənin silahlı qüvvələri tərəfindən Gəncənin mərkəzi hissəsindəki yaşayış məhəllələrinə endirilən raket zərbəsi nəticəsində azı 13 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.

20 Oktyabr 2020 11:35 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə