Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Özbəkistandakı səfirliyində etiraz aksiyasi

Azərbaycanın Özbəkistandakı səfirliyində “Ermənistanın işğalına son, Gəncənin, şəhər və kəndlərimizin raket atəşinə tutulmasını, dinc sakinlərin qətlə yetirilməsini pisləyirik” devizi altında etiraz aksiyası keçirilib.    

Aksiyada Özbəkistan Xarici İşlər Nazirliyinin Müstəqil Dövlətlər Birliyi departamentinin şöbə müdiri Fətulla Əbdürrəhmanov, Türkiyənin, Pakistanın və Əfqanıstanın Özbəkistandakı səfirləri Mehmet Surayya Er, Seyid Əli Əsəd Gilani və Əhməd Həmid Elmi, Daşkənddə yaşayan soydaşlarımız, qardaş özbək xalqının nümayəndələri, azərbaycanlı gənclər iştirak edib.   

Soydaşlarımız Gəncə şəhərində mülki əhaliyə qarşı raket hücumu zamanı öldürülən və yaralanan uşaqlaqrın və digər vətəndaşlarımızın şəkillərindən ibarət guşənin önünə gül-çiçək, uşaq oyuncaqları qoyublar.   

Aksiya iştirakçıları əllərində Azərbaycan və özbək dillərində “Erməni işğalına son”,  “Gəncədə dinc sakinlərin qətlə yetirilməsini pisləyirik”,  “Gəncədə uşaqların ölümünü qınayırıq” plakatları olub.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev oktyabrın 10-da və 17-də Ermənistan atəşkəs rejimini kobud şəkildə pozaraq müharibə zonasından 100 kilometr uzaqda olan Azərbaycanın qədim Gəncə şəhərinə raket hücumu haqqında məlumat verib və bu hücumların gecə vaxtı edildiyini iştirakçıların diqqətinə çatdırıb. Səfir deyib ki, gecə vaxtı edilən hücumun məqsədi isə daha çox adamı qətlə yetirməkdir. Sonuncu hücumda şəhərdə 15 mülki şəxs ölüb, 50-yə yaxın adam yaralanıb.

Diplomat vurğulayıb ki, Ermənistan silahlı qüvvələri Gəncədən başqa  Mingəçevir şəhərini, həmçinin Bərdə, Beyləqan, Ağcabədi, Tərtər, Goranboy rayonlarını raket atəşinə tutur, dinc əhali arasında ölənlər və yaralananlar var.      

Bu təxribatlarla Ermənistan 1949-cu il Cenevrə konvensiyasının, 1954-cü il Haaqa Konvensiyasının şərtlərını və beynəlxalq hüququn qəbul edılmiş ümumı normalarını kobud şəkıldə pozub və buna beynəlxalq birlik tərəfindən düzgün qiymət verilməlidir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb olunur. Ermənistan hələ də nə bu qətnamələrin tələblərini, nə də digər beynəlxalq təşkilatların saysız-hesabsız qərarlarını yerinə yetirib.

Diplomat bildirib ki, artıq Cəbrayıl şəhəri və kəndləri, Füzulu rayonu işğaldan azad  olunub, bu istiqamətdə əsgərlərimiz yeni qələbələrə imza atırlar.

Səfir vurğulayıb ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan tam azad olunması günü uzaqda deyil.

Mehmet Surəyya Er Ermənistan rəhbərliyinin təxribatçı addımlarından, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə və digər şəhər və rayonlarına raket hücumları həyata keçirməsindən, günahsız mülki insanların həlak olmasından danışıb, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda apardığı haqq işindən söhbət açıb. Səfir deyib ki, Türkiyə Azərbaycanın haqq müharibəsinə siyasi dəstək verib, bundan sonra da verəcək.

Seyid Əli Əsad Gilani və Əhməd Həmid Elmi Ermənistanın Azərbaycana təcavüzünü pisləyib, mülki adamları nişan alan Ermənistanın buna cavab verməli olduğunu vurğulayıbllar. Onlar bildirib ki, Azərbaycan Ordusu öz torpaqlarından Ermənistanın işğalçı ordusunu təmizləyir və bu, tam qanunidir. Bu, sözün əsl mənasında hərbi cinayətdir və Ermənistan nə vaxtsa buna görə cavab verməli olacaq.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

20 Oktyabr 2020 11:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Noyabr 2020 | 01:12
Hava proqnozu
27 Noyabr 2020 | 00:52
Atalar və oğullar

Köhnə versiyamızdan xəbərləri izlə