Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qatar Airways” ABŞ-dan Ermənistana şübhəli yük gətirib

Humanitar yük adı altında Ermənistana silah-sursat daşıyan təyyarələr Yerevan aeroportuna enməkdə davam edirlər.

Ermənistan KİV-lərinin yaydığı məlumata görə, oktyabrın 19-da gündüz Ermənistan paytaxtına növbəti şübhəli reys gəlib. Saat 12:17-də Qətər Hava Yolları (“Qatar Airways”) Şirkətinin təyyarəsi Yerevana enib. Ermənistana 100 tondan artıq şübhəli yük gətirilib. Məlumatda bildirilib ki, təyyarə Los-Ancelesdən uçub və “Qarabağın dinc sakinləri üçün nəzərdə tutulmuş humanitar yük” daşıyıb.

Maraqlıdır ki, təyyarə hələ oktyabrın 15-də uçmalı və Türkiyənin hava məkanından keçməli idi. Amma görünür, Türkiyə əsaslı şübhələrə görə, humanitar yük adı altında silah-sursat gətirən təyyarəyə hava dəhlizini bağlayıb. 4 gün sonra bu təyyarə Zvartnots hava limanına enib.

R.TAHİR,
“Xalq qəzeti”

20 Oktyabr 2020 11:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Noyabr 2020 | 01:12
Hava proqnozu
27 Noyabr 2020 | 00:52
Atalar və oğullar

Köhnə versiyamızdan xəbərləri izlə