Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarət məsələsini müzakirə edib

Rusiyanın TASS informasiya agentliyi xəbər verib ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəs rejiminə nəzarətin təmin edilməsinin zəruriliyini müzakirə edib.

Dağlıq Qarabağ üzrə qapalı iclasın yekunlarına toxunaraq  jurnalistlərə bu barədə oktyabrda şuraya sədrlik edən Rusiyanın BMT yanında daimi nümayəndəsi Vasili Nebenzya  bildirib. Onun sözlərinə görə, indi atəşkəsin yerinə yetirilməsini təmin etmək lazımdır, bu, ən vacib məsələdir, çünki müvafiq razılaşma əldə edilib, lakin icra edilməyib.

Nebenzya qeyd edib ki, əsas məsələ onun yerinə yetirilməsinə nəzarətin necə təmin ediləcəyidir. 

R.TAHİR,
“Xalq qəzeti” 

20 Oktyabr 2020 11:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Noyabr 2020 | 01:12
Hava proqnozu
27 Noyabr 2020 | 00:52
Atalar və oğullar

Köhnə versiyamızdan xəbərləri izlə