Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yağmur Əhməd Güldərə: Humanitar atəşkəsin əldə olunmasına baxmayaraq, Ermənistan Azərbaycan şəhərlərini raket atəşinə tutur

Humanitar atəşkəsin əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda olan Azərbaycan şəhərlərini raket atəşinə tutur.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə 18 oktyabr - Dövlət Müstəqilliyimiz Günü münasibətilə keçirilən dəyirmi masada çıxışı zamanı Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə söyləyib.

Səfirin sözlərinə görə, Türkiyə “Can Azərbaycan”ı haqlı mübarizəsində dəstəkləməkdə davam edəcək.

“Dağlıq Qarabağ münaqişəsi BMT-nin qəbul etdiyi qətnamələr və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bu münaqişə 30 ilə yaxındır ki, ədalətli həllini tapmır, Türkiyə buna görə münaqişənin həlli ilə məşğul olan vasitəçi ölkələri qınayır. Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutmaqda davam etdiyi üçün Azərbaycan Ordusu uğurlu əks-həmlə əməliyyatlarını aparır”, - deyə Yağmur Əhməd Güldərə əlavə edib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapsaydı, Qafqazda sabitlik digər ölkələr üçün nümunə olardı.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

20 Oktyabr 2020 08:51 -

Köhnə versiyamızdan xəbərləri izlə