Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezidenti: Son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər

Ermənistanın keçmiş rəhbərliyi, bundan əvvəlki iki prezidenti ilə mənim əlaqələrim dövründə biz irəliyə çox böyük addımlar atmışdıq. Biz razılaşdırılması, ümumiyyətlə, qeyri-mümkün görünən məsələlərin razılaşdırılmasında irəliyə getmişdik. Bütün bunlar nəticəyə nail olmaq istəyi və güzəşt yolu ilə nizamlanmaya doğru getmək arzusu əsasında idi. Müəyyən mərhələdə, nizamlamaya həddən artıq yaxınlaşdığımız vaxtda erməni tərəfinin geriyə addım atması başqa bir məsələdir. Bu, artıq faktdır, hərçənd onlar həmişə bizi bunda ittiham etməyə çalışırdılar. Lakin son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə TASS informasiya agentliyinə müsahibəsində bildirib.

Dövlətimizin başçısı deyib: “Çünki digər beş rayon çoxdan razılaşdırılmışdı. Biz artıq Kəlbəcər və Laçının nə vaxt qaytarılacağı məsələsini müzakirə edirdik. Yəni, biz müddəti müzakirə edirdik. Bu məsələnin həll olunacağına nə mənim, nə də Minsk qrupunun şübhəsi yox idi. Düşünürəm ki, Minsk qrupunun o vaxt bu məsələdə iştirak edən sabiq həmsədrləri bunu təsdiqləyə bilərlər. Lakin sonra erməni tərəfi bir addım geri çəkildi və Kəlbəcərlə Laçının qaytarılması məsələsi həll edilməmiş qaldı. Başqa sözlə desək, elə mexanizm təklif olunurdu ki, bu iki rayon həmişəlik ermənilərin nəzarəti altında qalmalı idi və mən bununla qətiyyən razı ola bilməzdim”.

19 Oktyabr 2020 21:01 -

Köhnə versiyamızdan xəbərləri izlə