Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Misir saytları: Qədim Xudafərin körpüsündə Azərbaycan bayrağı dalğalanır

Misirin nüfuzlu “Akhbarelyoum” qəzetində və “Youm7” informasiya portalında Azərbaycanın qədim tarixi abidəsi olan Xudafərin körpüsünün işğaldan azad edilməsi ilə bağlı “Qədim Xudafərin körpüsündə Azərbaycan bayrağı dalğalanır” sərlövhəli xəbərlər dərc edilib.

AZƏRTAC xəbər verir ki, Misir ictimaiyyətinə bu körpünün yerləşdiyi ərazinin 27 ilə yaxın Ermənistanın işğalı altında qalması, təcavüzkar ölkənin son hərbi təxribatından sonra əks-hücum əməliyyatları keçirən Azərbaycan Ordusunun zəfər yürüşü ilə bu ərazinin düşmən tapdağından azad edilməsi barədə məlumat verilib.

Bundan başqa, Misirin “Almasryalyoum” qəzetində tədqiqatçı-jurnalist Xalid Şaminin Azərbaycan xalqının Müstəqillik Gününə həsr edilmiş məqaləsi dərc edilib.

Məqalədə müstəqillik illərində böyük inkişaf yolu keçən Azərbaycan Respublikasının nailiyyətlərindən, habelə son həftələrdə rəşadətli Ordumuzun torpaqlarımızı Ermənistanın işğalından azad etməsindən geniş bəhs olunub.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

 

19 Oktyabr 2020 20:56 -

Köhnə versiyamızdan xəbərləri izlə