Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çikaqoda Azərbaycan bayrağı ucaldılıb

Oktyabrın 18-də Azərbaycanın Müstəqillik Günü münasibətilə ABŞ-da İllinoys ştatının Çikaqo şəhərinin meriyası qarşısında dövlət himnimizin sədaları altında üçrəngli bayrağımız ucaldılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi (Azerbaijani Center of Midwest America - ACMA) tərəfindən təşkil olunan tədbirdə təxminən 50-yə yaxın soydaşımız iştirak edib. Bununla da dünya azərbaycanlılarının həmrəyliyi əks etdirilib, Amerika ictimaiyyətinin diqqəti işğalçı Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi terror aktlarına, mülki şəxslərin, xüsusilə azyaşlıların öldürülməsinə cəlb olunub.

19 Oktyabr 2020 20:54 -

Köhnə versiyamızdan xəbərləri izlə