Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilən müharibə cinayəti beynəlxalq ictimaiyyət tərəfindən pislənilir

Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzü, Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərin və infrastrukturun, o cümlədən münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonların atəşə tutulması, Gəncə şəhərinə edilən raket zərbələrini pisləyir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, Pakistan Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Talha Mahmud “Twitter” səhifəsində bununla bağlı paylaşım edib.

Talha Mahmud paylaşımında yazıb ki, Azərbaycanın Gəncə, Mingəçevir şəhərlərinin və digər yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması qəti şəkildə qınanmalıdır. O vurğulayıb ki, uzun müddətdir davam edən münaqişə ölkələrin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipi əsasında dərhal həll edilməlidir.

Avropa İttifaqının xarici xidmətinin rəsmi nümayəndəliyinin veb-səhifəsində isə bildirilir ki, Aİ Azərbaycanın Gəncə şəhərinə qarşı həyata keçirilən mülki insanların həlak olması və yaralanması ilə nəticələnən hücumu pisləyir. Qeyd olunur ki, mülki şəxslərin və obyektlərin hədəfə alınmasına son qoyulmalıdır.

19 Oktyabr 2020 20:50 -

Köhnə versiyamızdan xəbərləri izlə